"Azərbaycan Avrasiya İqtisadi Birliyinin iri birgə mədəni və elmi layihələrində iştirak edə bilərdi".
"Report" xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri Mixail Şvıdkoy Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.
"AİB həmçinin Birliyə daxil olmayan ölkələrlə, məsələn, Azərbaycanla böyük birgə layihələrin yaradılması üçün əlverişli platformadır. Xüsusən də indi - Azərbaycanda müxtəlif mədəniyyət, elm və təhsil və s. sahələrdə əməkdaşlıq edildiyi vaxtda", - M.Şvıdkoy bildirib.
Onun sözlərinə görə, postsovet məkanının hər bir ölkəsi öz maraqlarına uyğun hərəkət edir: "Bununla belə, bu məkanda müxtəlif sahələrdə əməkdaşlıq edən müxtəlif birliklər, o cümlədən MDB yaradılıb".
Onun fikrincə, postsovet məkanı ölkələrini birləşdirə biləcək şeylərdən biri də iqtisadi komponentlərə baxmayaraq, AİB çərçivəsində də olmaqla müxtəlif növ iri birgə humanitar layihələrin həyata keçirilməsidir.