Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İskəndərovla işgüzar görüş keçirib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, tərəflər ikitərəfli ticari-iqtisadi və mədəni tərəfdaşlığın möhkəmləndirilməsi, o cümlədən sahibkarlar arasında dialoqa dəstək, Azərbaycanın Ticarət Evinin açılışı və Sverdlovsk vilayətində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi istiqamətində gələcək addımları müzakirə ediblər.
Qubernator Azərbaycanın rəsmi və işgüzar dairələrini INNOPROM 2021 Beynəlxalq Sənaye Sərgisinin işində iştirak etməyə dəvət edib.
Baş konsul respublikanın ticarət evlərinin geniş çeşidli kənd təsərrüfatı məhsulları ilə ticarət dövriyyəsinin artırılmasında xüsusi rol oynadığını qeyd edib. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında imzalanmış müqavilələr çərçivəsində regionda artıq iki ticarət nöqtəsi açılıb. Planda tədarük nomenklaturasının genişləndirilməsidir.
Diplomat həmçinin Sverdlovsk vilayətində Azərbaycan Mədəniyyəti Günlərini keçirmək niyyətindən danışıb. Tərəflər 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması münasibətilə bir sıra regional tədbirlərin hazırlanması barədə razılığa gəliblər.