Yuxarı
    Bağlamaq

    Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışı olub

    Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

    "Report" xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

    Məlumat verildi ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

    Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi