​Sumqayıt Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir

​Sumqayıt Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir Ədalət Vəliyev və Zakir Fərəcov teatrda olub
Mədəniyyət siyasəti
5 Avqust , 2016 11:22
​Sumqayıt Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir

Bakı. 5 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Dram Teatrınının binasında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, yüksək zövq və keyfiyyətlə aparılan təmir və yenidən qurma işləri yekunlaşmaq üzrədir. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub.

Bildirilib ki, teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılıb.

Vurğulanıb ki, teatrın müasir üslubda yenidən qurulması Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olacaq, şəhərin mədəni həyatı daha da canlanacaq.

Son xəbərlər

Orphus sistemi