Yuxarı

​Sudanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzinin rəhbəri ilə görüşüb

Səfir: Dünya xalqları arasında qarşılıqlı anlaşmanın bərqərar olmasında tərcümənin, ədəbiyyatın rolu çox böyükdür

Bakı. 31 may. REPORT.AZ/ Sudanın Azərbaycandakı səfiri Məhəmməd Elias Məhəmməd əl-Haq və xanımı Majda Mahdi Abdelmoneim Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib. 

Mərkəzin direktoru Afaq Məsud Azərbaycanda ərəb dilinə, ərəb ədəbiyyatına olan sevgidən və maraqdan, ərəb dilinə tərcümə edilmiş “Müasir Azərbaycan antologiyası”ndan danışıb.

Səfir bildirib ki, dünya xalqları arasında qarşılıqlı anlaşmanın bərqərar olmasında tərcümənin, ədəbiyyatın rolu çox böyükdür: "Çox istərdim ki, Azərbaycan Tərcümə Mərkəzi ilə Sudan Beynəlxalq Tərcümə Mərkəzi, Xartum Universiteti və Beynəlxalq Afrika Universiteti arasında sıx əməkdaşlıq münasibətləri qurulsun". 

Səfir bildirib ki, Azərbaycanda özünü doğma vətənində kimi hiss edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi