Siyavuş Kəriminin 60 illik yubileyi qeyd olunub

Siyavuş Kəriminin 60 illik yubileyi qeyd olunub Görüşdə xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov və Ağacəbrayıl Abbasəliyev də iştirak edib
Mədəniyyət siyasəti
24 Noyabr , 2014 10:49
Siyavuş Kəriminin 60 illik yubileyi qeyd olunub
Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecində konservatoriyanın rektoru Siyavuş Kəriminin 60 illik yubileyinə həsr olunmuş görüş keçirilib. "Report" xəbər verir ki, görüşdə Musiqi Kollecinin müəllim və tələbə heyəti ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən respublikanın xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov və başqaları iştirak ediblər.

Yubiley gecəsini açan kollecin direktoru Nazim Kazımov qonaqlara Siyavuş Kəriminin həyatı və yaradıcılıq yolu, ictimai, pedaqoji fəaliyəti haqqında məlumat verib.

Xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov, Ağacəbrayıl Abbasəliyev bəstəkarla bağlı müxtəlif maraqlı xatirələrini danışıblar.

Tədbir Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib. Müxtəlif solo ifalarda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr səsləndirilib.

Konsertin sonunda yubilyar səhnəyə çıxaraq əməkdar artist Anar Şuşalı ilə birlikdə mahnılarından birini ifa edib.

Sonda yubiliyar çıxış edərək Musiqi Kollecinin tədbir iştirakçılarına, maraqlı proqramla çıxış edən ifaçılara minnətdarlığını bildirərək, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi