Şikayətlərlə bağlanmış Elza İbrahimovanın adına “Youtube” kanalı bərpa edildi

Şikayətlərlə bağlanmış Elza İbrahimovanın adına “Youtube” kanalı bərpa edildi Mərhum bəstəkar Elza İbrahimovanın rəsmi “Youtube” kanalı bağlandığı üçün Əqli Mülkiyyət Agentliyinə müraciət olunub.
Mədəniyyət siyasəti
4 Fevral , 2021 17:00
Şikayətlərlə bağlanmış Elza İbrahimovanın adına “Youtube” kanalı bərpa edildi

Mərhum bəstəkar, Xalq artisti Elza İbrahimovanın rəsmi “Youtube” kanalı bağlandığı üçün Əqli Mülkiyyət Agentliyinə müraciət olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

Qeyd olunub ki, bəstəkarın vərəsəsi “Youtube” portalında bəstəkarın adına açılmış kanalın şikayətlər əsasında bağlanılması ilə əlaqədar Agentlikdən köməklik göstərilməsini xahiş edib.

Agentliyin işə qarışması nəticəsində bağlanan kanalın açılmasına nail olunub.

Son xəbərlər

Orphus sistemi