"Səyyar kitabxana VI" layihəsinin növbəti mərhələsinə start verilib

"Səyyar kitabxana VI" layihəsinin növbəti mərhələsinə start verilib ​Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Səyyar kitabxana VI" layihəsinin növbəti mərhələsinə start verilib
Mədəniyyət siyasəti
16 Dekabr , 2019 16:50
Səyyar kitabxana VI layihəsinin növbəti mərhələsinə start verilib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Səyyar kitabxana VI" layihəsinin növbəti mərhələsinə start verilib. 

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, bununla əlaqədar üstuörtülü yük maşını Nazirliyin önündən Astara rayonuna yola düşüb.

Tədbirdə nazir Azad Rəhimov və onun müavini İntiqam Babayev iştirak ediblər. Rəhimov “Səyyar kitabxana”ya ümumi baxış keçirib, oradakı kitabxananın vəziyyəti ilə tanış olub. 

“Səyyar kitabxana” layihəsinin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.

2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olan layihə ötən müddətdə Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırıb və minlərlə oxucunu əhatə edib. Layihə çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 3000 kitab və 11000 elektron nəşr var. Oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dildə nəşrlər mövcuddur. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.

Qeyd edək ki, bu gün Astara rayonuna yola düşən səyyar kitabxana bir müddət orada qalacaq. Daha sonra dekabr və yanvar ayları əzrində cənub bölgəsinin rayonlarında - Lənkəran , Cəllabad və digər ərazilərdə olacaq.

Son xəbərlər

Orphus sistemi