Şərq tərəfdaşlığı ölkələrinin media mükafatının təqdimatı AŞ baş katibinin himayədarlığı ilə baş tutacaq

Şərq tərəfdaşlığı ölkələrinin media mükafatının təqdimatı AŞ baş katibinin himayədarlığı ilə baş tutacaq Mükafat təqdimetmə mərasimi Kiyev şəhərində baş tutacaq
Mədəniyyət siyasəti
30 Sentyabr , 2016 18:24
Şərq tərəfdaşlığı ölkələrinin media mükafatının təqdimatı AŞ baş katibinin himayədarlığı ilə baş tutacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Avropa Şurasının Baş Katibi və ATƏT-in Media azadlığı üzrə nümayəndəsi ADAMI 2016 Media Mükafatının mükafatvermə mərasiminin himayədarları kimi çıxış edəcəklər. “Report”a təşkilatdan verilən məlumata görə, mükafat Avropa Şurası Şərq tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı əhatə edir və inteqrasiya, miqrasiya, etnik, dini və mədəni müxtəliflik mövzularına geniş yer verən tanınmış televiziya, film və onlayn proqramları mükafatlandırır.

Mükafat təqdimetmə mərasimi noyabrın 24-də Kiyev şəhərində baş tutacaq. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ADAMI Media Mükafatının direktoru ADAMI layihəsini oktyabrda Strasburq şəhərində Avropa Şurasının Parlament Assambleyasına təqdim edəcək. 2015-ci ildə keçirilmiş müsabiqədə mükafat qazanmış Cənubi Qafqazdan 3 film istehsalçısı da Strasburqda baş tutacaq mərasimdə iştirak edəcək və Avropa Şurasının Parlament Assambleyası önündə öz filmlərini nümayiş etdirəcəklər.

İştirakçı ölkələrin televiziyaçıları, prodüsserlər, jurnalistlər və gənc film istehsalçıları müsabiqədə iştirak edə və inteqrasiya və mədəniyyət müxtəlifliyi mövzusunda çəkdikləri filmləri, videoları və onlayn məzmunu göndərə bilərlər. Beynəlxalq jüri bütün film və videoları izləyəcək və onları qiymətləndirəcək. 

Son xəbərlər

Orphus sistemi