Yuxarı

Sentyabrda Bakıda Malayziya günləri keçiriləcək

Festival 3 gün davam edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Malayziya Turizm və Mədəniyyət Nazirliyi sentyabr ayında Azərbaycanda Malayziya Günləri mədəniyyət festivalını təşkil etmək niyyətindədir. Bu barədə "Report" "Bernama"ya istinadən xəbər verir. 

Festival sentyabrın 18-də başlayacaq və 3 gün davam edəcək.

Turizm və mədəniyyət nazirinin müavini Datuk Abdul Qaffarın sözlərinə görə, belə tədbirlər Malayziya mədəniyyəti və incəsənətini inkişaf etdirməyə, ölkəyə daha çox turist cəlb etməyə imkan verir. 

Təxminən 40 nəfər mədəniyyət tədbirlərinin təşkili, milli mətbəxin təqdim olunması, xırda əl işləri və suvenirlərin satışı, müxtəlif turist paketlərinin təqdimatı və s. ilə məşğul olacaq. 

Malayziya Günləri çərçivəsində həmçinin ölkənin məşhur parçaları olan batik və sonqketdən hazırlanan kolleksiya nümayiş olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi