Yuxarı
    Bağlamaq

    ​Şəkidə III Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib

    Festivalda 7 ölkə, 20-dən çox şəhər və rayon iştirak edib

    Şəki. 20 iyul. REPORT.AZ/ Qədim Şəkidə növbəti beynəlxalq festival keçirilib. Şəhər üçüncü dəfə Şirniyyat festivalına ev sahibliyi edib.

    "Report"un Şimal-Qərb bürosu xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

    III Beynəlxalq ənənəvi şirniyyat festivalında respublikanın 20-dən çox şəhər və rayonu, həmçinin 7 ölkə - İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiyanın Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.

    İştirakçı ölkələrin milli mətbəxinə aid şirniyyat nümunələri, Azərbaycan qənnadıçılarının hazırladıqları unlu qənnadı məhsulları (paxlava, qatlama, fəsəli), milli şəkərli şirniyyatlar (noğul, müxtəlif halva nümunələri) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər. Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə Zaqatala və Ağsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər.Tədbirin yekunlarına görə, Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi