Səfir: "Növbəti 2-3 ay ərzində Bakıda Hind Filmləri Festivalını keçirməyi planlaşdırırıq"

Səfir: "Növbəti 2-3 ay ərzində Bakıda Hind Filmləri Festivalını keçirməyi planlaşdırırıq" "Məşhur hind aktyorlarının da festivalda iştirakı üçün işlər aparırıq"
Mədəniyyət siyasəti
665
27 Dekabr , 2017 16:54
Səfir: Növbəti 2-3 ay ərzində Bakıda Hind Filmləri Festivalını keçirməyi planlaşdırırıq
Report

Bakı. 27 dekabr. REPORT.AZ/ "Növbəti 2-3 ay ərzində Bakıda Hind Filmləri Festivalını keçirməyi planlaşdırırıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Onun sözlərinə görə, hazırda "Dharmendra-Məhəbbət elçisi" adlı filmin hind dilinə tərcüməsi üzərində işləyirlər: "Bəlkə, həmin təqdimat Hind Filmləri Festivalının başlanğıcı üçün zəmin yaradacaq. Biz də həmin dövrdə Hindistandan Azərbaycan dilinə subtitrlə verilən filmləri almalıyıq və daha sonra festivalın keçirilməsi nəzərdə tutulur. Məşhur hind aktyorlarının da festivalda iştirakı üçün işlər aparırıq. Kimlərin gələcəyini isə zaman göstərəcək".

Son xəbərlər

Orphus sistemi