Sankt-Peterburqda "Musiqi Olimpi" XXII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Sankt-Peterburqda "Musiqi Olimpi" XXII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib Konsertdə Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Akademik Filarmonik orkestri iştirak edib
Mədəniyyət siyasəti
6 İyun , 2017 19:27
Sankt-Peterburqda Musiqi Olimpi XXII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bakı. 6 iyun. REPORT.AZ/ D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasında "Musiqi Olimpi" XXII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib.

Bu barədə "Report"a festivalın iştirakçısı Əyyub Quliyev məlumat verib.

Konsertdə Azərbaycanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Akademik Filarmonik orkestri iştirak edib. XIX-XX əsərdə yazılmış məşhur simfonik və instrumental əsərlərin yer aldığı konsertdə 20-ə yaxın beynəlxalq müsabiqənin qalibləri - violonçelist Kristof Kruaze (İsveçrə) və pianoçu Yelizaveta Klyuçereva (Rusiya) solist kimi böyük uğurla çıxış edib. 

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, "Musiqi Olimpi" Fondunun prezidenti İrina Nikitina tədbirdən sonra bütün iştirakçıları təbrik edərək, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafında belə musiqi layihələrinin əhəmiyyətini xüsusi olaraq vacib olduğunu bildiriblər.

Qeyd edək ki, "Musiqi Olimpi" festivalı bu il mayın 28-dən iyunun 4-dək Sankt-Peterburqun ən tanınmış konsert səhnələrində - Mariinski teatr, Akademik Dövlət Filarmoniyası və Dövlət Kapellasının səhnəsində həmin yaradıcı birliklərinin simfonik orkestrlərinin iştirakı ilə keçirilib. İspaniya, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Azərbaycan, Tayvan, Koreya, Çin, Yaponiya,Yunanıstan, Fransa və Türkiyənin ən parlaq gənc musiqiçiləri - beynəlxalq müsabiqələrin qalibləri geniş konsert proqramları ilə dinləyicilər qarşısında çıxış edib.

Son xəbərlər

Orphus sistemi