Yuxarı

Sankt-Peterburqda general Hüseyn Xan Naxçıvanskinin heykəli qoyulacaq

Azərbaycan heykəlin yaradılması üçün vəsait ayırmağa hazırdır

Bakı. 11 fevral. REPORT.AZ/ Sankt-Peterburqda Malaya Posadskaya və Miçurinskaya küçələrinin kəsişməsində general-adyutant Hüseyn xan Naxçıvanskinin heykəli qoyulacaq. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, layihə Sankt-Peterburq Şəhərsalma Komitəsinin fevralın 10-da keçirilən iclasında təsdiq olunub. 

Layihə qranit postamentin üzərində sərkərdənin  2,5 m hündürlükdə olan tunc fiqurunun qoyulmasını (ümumi hündürlük 2,75 metr), eləcə də bütün meydanın təşkil olunmasını nəzərdə tutub. Meydanda ağaclar əkiləcək və skamyalar qoyulacaq. Abidənin heykəltəraşı Boris Petrov, memarı isə Gennadi Peyçev olacaq. 

Layihənin təşəbbüsçüsü, Azərbaycan diasporunun üzvü Alik Mövsümov bildirib ki, Azərbaycan heykəlin yaradılması üçün vəsait ayırmağa hazırdır. Heykəlin hazırlanmasına 1 ilə yaxın vaxt tələb olunur. 

Hüseyn Xan Naxçıvanski Rusiya-Yaponiya müharibəsində II Dağıstan süvari alayına, eləcə də I Dünya Müharibəsi zaman süvari korpusa rəhbərlik edib. Buna görə çox sayda mükafatlara layiq görülüb. Lakin II Nikolayın taxt-tacdan salınmasından sonra Hüseyn Xan Naxçıvanski Müvəqqəti Hökuməti qəbul etməkdən imtina edib və komandanlıqdan uzaqlaşdırılıb. Təxminən, 1919-cu ildə sərkərdə Petropavlovsk qalasında güllələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi