Yuxarı

“Şahdağda Velosipedçilər Günü” keçiriləcək

Tədbir iyulun 25-də olacaq

Bakı. 9 iyul. REPORT.AZ/ İyulun 25-də Azərbaycanda ilk dəfə “Şahdağ” Turizm Mərkəzində “Şahdağda Velosipedçilər Günü” tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

İlk velosiped yollarını “Şahdağ” Turizm Mərkəzi hazırlayıb və həmin gün velosipedçilərin tam ixtiyarına veriləcək. Bir neçə yol səviyyəsi planlaşdırılıb. Yeni başlayanlar, peşəkarlar və ekstremallar üçün.

Yeni başlayan və təcrübəli velosipedçilər yollara velosipedlər üçün xüsusi tutqaclarla təchiz edilmiş kanat yolları vasitəsi ilə qalxacaq. Təklif edilən paketlərə tədbir günündə kanat yolu ilə məhdudiyyətsiz sayda qalxma daxildir, bu da sizə gün boyunca velosiped sürməkdən həzz almaq imkanını verəcək. Bu zonada yolların uzunluğu 1-3 km. Yeni başlayanlar üçün nəzərdə tutulmuş yolda da həmçinin müxtəlif maneələr (tramplinlər, rampalar) var, hansılar ki, sizə bacarıqlarınızı məşq etdirmək imkanı verəcək.

Ekstremal yol xeyli uzun və daha mürəkkəbdir, bundan başqa, xüsusi olaraq hazırlanmış marşruta kanat yolu ilə qalxmaq mümkün deyil. Yarış iştirakçıları dəniz səviyyəsindən 2351 m hündürlükdə olan start yerinə avtomobillə çatdırılacaq.

Bundan əlavə, velosipeddən yorulsanız və ya sizinlə velosipedsiz yoldaşlarınız olarsa, digər çoxsaylı əyləncələr ixtiyarınızda olacaq: peyntbol, zip-layn, seqvey, kvadrosikllər, bobkartlar və s. Uşaqlar üçün həmçinin maraqlı əyləncələr tapılacaq.

Paketə aşağıdakılar daxildir:

- Sizin, həmçinin velosipedinizin komfortlu avtobusla Bakıdan - Şahdağ Turizm Mərkəzinə nəql edilməsi;

- gün ərzində çay, qəhvə və nahar yeməyi;

- velosipedlərin treklərə aparılması üçün kanat yolundan və digər üsullardan istifadə. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi