Şah İsmayıl və Şah Abbasın aşpazlarının reseptləri restoran biznesinə gətirilə bilər

Şah İsmayıl və Şah Abbasın aşpazlarının reseptləri restoran biznesinə gətirilə bilər "Bu reseptlərin üzərində işləyib, kitab şəklində çap etdirməyi planlaşdırırıq"
Mədəniyyət siyasəti
5 Fevral , 2015 10:29
Şah İsmayıl və Şah Abbasın aşpazlarının reseptləri restoran biznesinə gətirilə bilər

Bakı. 5 fevral. REPORT.AZ/ "Şah İsmayıl Xətai və Şah Abbasın aşpazlarının qədim kitablardan yığılan reseptləri toplanılıb. Bu reseptlərin üzərində işləyib, kitab şəklində çap etdirməyi planlaşdırırıq".

Bu barədə "Report"a Azərbaycanın Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyib.

Onun sözlərinə görə, reseptlərin üzərində dərin elmi araşdırmalar aparılmalıdır: "Reseptlər yenidən işlənməli və sonra restoran biznesində istifadə olunmalıdır. Əldə olan məlumatları mən üzə çıxartmışam. Məlumatlar qədim dillərdədir, onlar tərcümə olunub, yenidən işlənməlidir. Bu kitabın çapı üçün maliyyə dəstəyi də lazımdır". 

Son xəbərlər

Orphus sistemi