Yuxarı
    Bağlamaq

    Sabirabadda “Qarpız festivalı” keçiriləcək

    Festivalda qarpızdan hazırlanan 20 növ təam iştirakçılara təqdim olunacaq

    Bakı. 13 avqust. REPORT.AZ/ Sabirabadda “Qarpız festivalı” keçiriləcək.

    "Report" xəbər verir ki, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə baş tutacaq festival avqustun 19-da, saat 18.00-da Sabirabad rayonu Heydər Əliyev adına istirahət parkında başlayacaq.  

    Tədbirdə tərəfdaş qurumlar olaraq Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gənclər və İdman Nazirliyinin Sabirabad rayon gənclər və idman idarəsi, Sabirabad rayon İcra Hakimiyyəti iştirak edəcək.

    Festivalda qarpız üzərində “Bədii oyma sənəti”ndən bəzi nümunələr, qarpızdan hazırlanmış 20 növ təamın (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpızdan hazırlanan cem, qarpızdan hazırlanan keks, qarpız dondurması, qarpızdan hazırlanmış qəlyan, qarpız kababı, qarpız konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, qarpız salatı, qarpız, pendir və təndir çörəyi, qarpız sendviçi, qarpızdan çəkilmiş araq, qarpızlı soyuq çay, qarpız dadlandırıcılı saqqız, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çay) sərgilənməsi, Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsərindən kiçik səhnəciyin nümayişi, pəhləvanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi, konsert proqramı və qonaqlar üçün bayram ziyafəti nəzərdə tutulur.

    Axşam saatlarda keçiriləcək festival bütün iştirakçılara əyləncəli anlar, xoş təəsürat və müsbət emosiyalar bəxş edəcək.

    Qeyd edək ki, layihənin rəhbəri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Nadir Məmmədovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi