Yuxarı

Rusiyanın xalq artisti vəfat edib

84 yaşında dünyasını dəyişən aktyor dekabrın 14-də dəfn ediləcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın xalq artisti, teatr və kino aktyoru İqor Kaşinçev vəfat edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı aktyorun uzun illlər çalışdığı Mayakovski Teatrı yayıb.

Aktyorla vida mərasimi dekabrın 14-də Mayakovski Teatrında olacaq və o, elə həmin gün torpağa tapşırılacaq. 

Qeyd edək ki, İqor Kaşinçev 1932-ci ildə anadan olub.

1955-ci ildə MXAT studiya məktəbini bitirən İqor Kaşinçev 7 teatrda çalışıb. 1963-cü ildən kinoya da çəkilməyə başlayan aktyor burada ikinci dərəcəli rolların əvəzsiz ifaçılarından biri olub.

Onun yaratdığı fırıldaqçı, avantürist, mafiya nümayəndəsi rolları tamaşaçıların rəğbətini qazanıb. "Fitil" yumoristik kino-jurnalında çəkilən aktyor həm də bədii qiraətçi kimi tanınıb.

Mərhum aktyor 22 il Mayakovski Teatrında çalışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi