Yuxarı

Rusiyanın nüfuzlu “НТВ” telekanalının nümayəndələri Azərbaycanda səfərdədir

“Поедем, поедим!” kulinar-etnoqrafik verilişinin nümayəndə heyəti Azərbaycanda martın 28-dən aprelin 1-dək səfərdə olacaq

Bakı. 29 mart. REPORT.AZ/ Rusiyanın “НТВ” telekanalında hər həftə yayımlanan “Поедем, поедим!” kulinar-etnoqrafik verilişində respublikanın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb.

Bu məqsədlə martın 28-dən aprelin 1-dək Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və paytaxtın digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi