Rusiyanın aparıcı turizm şirkətləri rəhbərlərinin Azərbaycana infoturu təşkil olunub

Rusiyanın aparıcı turizm şirkətləri rəhbərlərinin Azərbaycana infoturu təşkil olunub Tədbir çərçivəsində Bakıya və Şahdağa səfər nəzərdə tutulub
Mədəniyyət siyasəti
29 Fevral , 2016 21:07
Rusiyanın aparıcı turizm şirkətləri rəhbərlərinin Azərbaycana infoturu təşkil olunub

Bakı. 29 fevral. REPORT.AZ/ Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində “Tour A Vent” şirkəti təbliğat-təşviqat işləri həyata keçirəcək.

Artıq şirkət Azərbaycana ilk infotur təşkil edib. İnfotur çərçivəsində Bakıya və Şahdağa səfər nəzərdə tutulub. Xatırladırıq ki, intoturda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri iştirak edir.

27 fevral – 2 mart 2016-cı il tarixində Azərbaycanda olacaq 14 nəfərlik nümayəndə heyəti üçün Bakıda İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Yanardağ və Atəşgaha ekskursiyalar təşkil olunub.

Qrupun növbəti günlər ərzində Şahdağ Turizm Mərkəzi ilə tanışlığı nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndəlik belə infotur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi