Rusiyada Müslüm Maqomayevə həsr olunan bədii filmin premyerası olacaq

Rusiyada Müslüm Maqomayevə həsr olunan bədii filmin premyerası olacaq Rusiyanın nüfuzlu “Birinci kanalı”nda (1TV) bu payız mövsümündə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” bədii serialının premyerası keçiriləcək.
Mədəniyyət siyasəti
4 Sentyabr , 2019 16:08
Rusiyada Müslüm Maqomayevə həsr olunan bədii filmin premyerası olacaq

Rusiyanın nüfuzlu “Birinci kanalı”nda (1TV) bu payız mövsümündə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” bədii serialının premyerası keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, rejissorlar - Dimitri Tiurin və Roman Prıqunovun rəhbərliyilə çəkilən ekran əsərində M.Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç oynayır.

Çəkilişləri Bakıda, Rusiyanın Moskva və Zelenoqrad şəhərlərində keçirilən serialın məsləhətçisi böyük sənətkarın həyat yoldaşı, opera müğənnisi Tamara Siniavskayadır.

Bundan əvvəl Xalq artisti Emin Ağalarov Müslüm Maqomayevə həsr olunan səkkiz bölümlü bədii filmin çəkiləcəyini bildirmişdi. Ötən ilin oktyabr ayında filmin çəkilişləri Bakıda başlamışdı.

Son xəbərlər

Orphus sistemi