Rusiya fotoqrafiyasının əfsanəsi vəfat edib

Rusiya fotoqrafiyasının əfsanəsi vəfat edib Onu fotoqrafiyaya verdiyi töhfələrə görə ABŞ-ın məşhur fotoqrafı Ansel Adamsla müqayisə edirlər
Mədəniyyət siyasəti
18 İyul , 2016 12:05
Rusiya fotoqrafiyasının əfsanəsi vəfat edib

Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyanın əfsanəvi fotoqrafı sayılan Vadim Qippenreyter vəfat edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, fotoqraf 100 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, onun əsərlərinə Rusiyanın bütün şəhərlərində rast gəlmək mümkündür. 50-dən çox foto-albomun müəllifidir.  V.Qippenreyter məşhur fotoqraf Anton Lanqenin müəllimi olub.

Yaradıcılığı boyunca Rusiyanın bütün nöqtələrindən fotolar çəkən V.Qippenreyter alpinizm və dağ xizək idmanı üzrə SSRİ çempionu olub. Dəfələrlə Everest zirvəsini fəth edən fotoqraf müharibə illərində də maraqlı fotolar çəkib.

Son xəbərlər

Orphus sistemi