Rəşid Behbudov adına Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olub

Rəşid Behbudov adına Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olub Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı keçirilib.
Mədəniyyət siyasəti
22 Dekabr , 2018 14:05
Rəşid Behbudov adına Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılışı keçirilib.

"Report" xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə iştirak edib.

Nazir bildirib ki, bu təhsil ocağı Bakının ən uğurlu və nüfuzlu musiqi məktəblərindən biridir: "Məktəbdə 1956-cı ildən bəri normal bərpa işləri görülməyib. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bir neçə müddətdir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin xətti ilə bunu həyata keçirdik. Təmir işləri hazırda Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi olduğu zaman başlamışdı və Cəlil Məlikovun dövründə yekunlaşdı. Mən onlara da təşəkkür edirəm. Rəşid Behbudov küçəsi ilə gedən insanlar həm onun adını daşıyan məktəbi görürlər, həm də böyük sənətkarın yaşadığı, işlədiyi teatrın qarşısında onun heykəlini ziyarət edirlər. Bura artıq bir mədəniyyət marşurutu kimi alınır".

Qeyd edək ki, 2018-ci ildə məktəb binasında əsaslı təmir işləri aparılıb, bütün inventar və avadanlığı yenilənib.

Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində 13 ixtisas üzrə ( fortepiano, skripka, klarnet, violonçel, fleyta, tar, kamança, qanun, balaban, qarmon, nağara, truba, zərb alətləri) 350-yə yaxın şagird təhsil alır. Təhsil müəssisəsində 6 şöbə fəaliyyət göstərir ( fortepiano, xalq çalğı alətləri, simli alətlər, nəzəriyyə, müşayət ansamblı, nəfəs və zərb alətləri ) və 70 müəllim çalışır.

Son xəbərlər

Orphus sistemi