"Report" agentliyinin fotoqrafı BMT-nin Sivilizasiyalar Alyansının keçirdiyi fotomüsabiqənin mükafatçısı olub

"Report" agentliyinin fotoqrafı BMT-nin Sivilizasiyalar Alyansının keçirdiyi fotomüsabiqənin mükafatçısı olub Fotomüsabiqədə 97 ölkədən 600-dən çox fotoqraf iştirak edib
Mədəniyyət siyasəti
25 Aprel , 2016 19:13
Report agentliyinin fotoqrafı BMT-nin Sivilizasiyalar Alyansının keçirdiyi fotomüsabiqənin mükafatçısı olub

Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən fotomüsabiqənin qaliblərinin adları açıqlanıb.

"Report" xəbər verir ki, "Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə" adlı fotomüsabiqədə 97 ölkədən 600-dən çox fotoqraf iştirak edib.

Müsabiqənin qalibi ispaniyalı Alkeyn Zendoya (Alkain Zendoia) olub, 2-ci yerə misirli Həmid Əhməd (Hamed Ahmed) layiq görülüb. Müsabiqədə 3-cü yerin mükafatı isə "Report" İnformasiya Agentliyinin fotoqrafı Orxan Əzimə təqdim olunub.

Qeyd edək ki, bu gün Bakıda "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında başlayan foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb.

Son xəbərlər

Orphus sistemi