RDKİ rektoru: "Bizdə onlarla azərbaycanlı tələbə oxuyur və böyük usta kimi vətənə dönürlər"

RDKİ rektoru: "Bizdə onlarla azərbaycanlı tələbə oxuyur və böyük usta kimi vətənə dönürlər" “RDKİ-də onlarla azərbaycanlı tələbə oxuyub və oxuyur, buradan böyük usta kimi gedirlər”.
Mədəniyyət siyasəti
30 Sentyabr , 2019 14:22
RDKİ rektoru: Bizdə onlarla azərbaycanlı tələbə oxuyur və böyük usta kimi vətənə dönürlər

“RDKİ-də onlarla azərbaycanlı tələbə oxuyub və oxuyur, buradan böyük usta kimi gedirlər”.

Bu fikri “Report”un Rusiya bürosuna ifadə edən S.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun (RDKİ) rektoru Vladimir Malışev deyib.

O, Azərbaycanda keçirilən Rusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri ilə bağlı danışıb: “Məni sevindirən təkcə keçmiş yox, həm də bu gündür. Lap bu günlərdə Bakıda RDKİ günləri keçirildi. Tələbələrlə görüşdük, birgə məşğələlər, ustad dərsləri keçirdik. Azərbaycanla əməkdaşlıq sazişi imzaladıq, əməkdaşlığımız inkişaf etdiriləcək”.

Onun sözlərinə görə, Azərbaycanlı tələbələr RDKİ-nin beynəlxalq yay kino məktəbində iştirak eediblər: "Bu yaxınlarda  Azərbaycanda nəşr olunan qəzetlərdən birinə böyük müsahibə verdik. Bütün bunlar həqiqətən görülən işlərdir. Biz bir-birimizə hörmət edirik. İnşallah, bir çəkiliş qrupunda çalışaraq dünya inciləri yaradacağımız gün də gələcək”. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi