Yuxarı

Rayon mədəniyyət və turizim şöbəsinin müdiri işdən çıxarılıb - FOTO

Şöbəyə yeni müdir təyin olunub

Bakı. 5 mart. REPORT.AZ/ Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinə yeni rəhbər təyinatı olub. "Report"un məlumatına görə, Adil Həsənov adıçəkilən qurumun müdiri təyin olunub. Şöbənin əvvəlki müdiri Aydın Qasımov isə 65 yaşı tamam olduğu üçün təqaüdə göndərilib. 

A.Qasımov 1950-ci ildə Tovuzda anadan olub. O, 2007-ci ildən Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edirdi. Şöbəyə yeni təyinat alan A.Həsənov isə uzun müddət Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsində baş məsləhətçi vəzifəsini icra edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi