Ramiz Əzizbəylinin son durumu açıqlanıb

Ramiz Əzizbəylinin son durumu açıqlanıb Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.
Mədəniyyət siyasəti
398
7 İyun , 2021 12:49
Ramiz Əzizbəylinin son durumu açıqlanıb
Ramiz Əzizbəyli

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.

Sənətçinin qızı Xədicə Əzizbəyli "Report"a açıqlamasında bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi