Bakı. 2 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 2-də Rafiq Əzimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif edilib.