Qubada vikipediyaçılar üçün “Bahar düşərgəsi” keçiriləcək

Qubada vikipediyaçılar üçün “Bahar düşərgəsi” keçiriləcək Bakı. 2 may. REPORT.AZ/ Quba rayonunda Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi”nin keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət siyasəti
2 May , 2018 17:15
Qubada vikipediyaçılar üçün “Bahar düşərgəsi” keçiriləcək

Bakı. 2 may. REPORT.AZ/ Quba rayonunda Azərbaycandilli Vikipediya könüllülərinin “Bahar düşərgəsi”nin keçirilməsi nəzərdə tutulub.

Bu barədə "Report"a “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev məlumat verib. 

Tədbir “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutacaq. 

Onun sözlərinə görə, düşərgənin iyunun 2-3-də keçirilməsi planlaşdırılır: "Düşərgəyə qeydiyyat artıq başlayıb. Düşərgə barədə Vikipediyada elan verilərək bu barədə ayrıca səhifə də yaradılıb. Düşərgənin təşkilində əsas məqsədlər Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Quba rayonu və onun mədəniyyətinə dair Vikipediyada məqalələrin yaradılması, Vikipediyanın çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platforması olmasının Azərbaycan cəmiyyətində aktuallaşdırılması, Vikipediyadan istifadənin kütləviləşdirilməsi, müasir texnoloji vasitələrdən istifadə etmək bacarığına malik gənc könüllülərin Vikipediyaya cəlb edilməsi, Vikipediyanın Azərbaycan dili bölməsi üzrə, eyni zamanda digər aparıcı dil bölmələrində ölkəmizlə bağlı fəaliyyətin məqsədli və planlı şəkildə həyata keçirilməsi üçün maarifləndirmə tədbirlərinin görülməsidir.

Son xəbərlər

Orphus sistemi