Yuxarı

Qubada növbəti “Səyyar kitabxana” aksiyası təşkil olunub

Sərgi iki gün ərzində nümayiş olunub

Bakı. 9 avqust. REPORT.AZ/ Quba Turizm İnformasiya Mərkəzinin və Quba rayon mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə Quba rayonu ərazisində fəaliyyət göstərən “Terrace” istirahət mərkəzində növbəti “Səyyar kitabxana” aksiyası təşkil olunub. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, aksiyanın keçirilməsi kitabxanadan ayrı düşmüş oxucu kütləsini yenidən kitabxanalara cəlb etmək və mütaliə maraqlarını artırılması məqsədini daşıyır. Təbliğat xarakterli sərgi istirahətdə olan yerli və xarici turistlər tərəfindən maraqla qarşılanıb.

Sərgi iki gün ərzində nümayiş olunub. Aksiyanın hər həftənin sonunda müxtəlif istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi