Qobustandakı “Diri Baba” türbəsi bərpa olunacaq

Qobustandakı “Diri Baba” türbəsi bərpa olunacaq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinin bərpası və ərazidə abadlıq işləri üzrə layihə-smeta sənədləri hazırlayıb
Mədəniyyət siyasəti
275
10 Mart , 2021 09:39
Qobustandakı “Diri Baba” türbəsi bərpa olunacaq
0 : 00
0 : 00

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinin bərpası və ərazidə abadlıq işləri üzrə layihə-smeta sənədləri hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qobustan rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi ilə bağlı müvafiq tədbir nəzərdə tutulub.

Qeyd edək ki, hesabat sənədi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi