Qobustanda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Qobustanda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Mədəniyyət siyasəti
21 Fevral , 2018 17:54
Qobustanda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 21-də “Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi