Qırğızıstanda Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib

Qırğızıstanda Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkə arasında memorandum imzalanıb
Mədəniyyət siyasəti
8 İyun , 2016 14:38
Qırğızıstanda Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Qırğızıstanın Çolpan-Ata şəhərində Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Nazim Səmədovun iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, həmçinin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Altynbek Maksutov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman və Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Zamir Saginov iştirak edib.

Görüşdə “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkənin (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə) 11 turizm şirkəti müəyyən olunub və bununla bağlı memorandum imzalanıb.

Layihədə tərəfdaş qismində Azərbaycanın 3 turizm şirkəti (Millenium Turizm, Atlas Travel, A la Carte Travel) iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi