Qarabağ mövzusunda ssenari müsabiqəsi elan edilib

Qarabağ mövzusunda ssenari müsabiqəsi elan edilib C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib.
Mədəniyyət siyasəti
26 May , 2022 15:21
Qarabağ mövzusunda ssenari müsabiqəsi elan edilib

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib.

Bu barədə "Report"a kinostudiyadan məlumat verilib.

Bildiirlib ki, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə Qarabağ mövzusunda keçirilir. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan kinosu günündə elan olunacaq.

Son xəbərlər

Orphus sistemi