Yuxarı
    Bağlamaq

    Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib

    Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri təqdim olunub

    Bakı. 22 avqust. REPORT.AZ/ Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib.

    Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, keçirilən moda sərgisi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub.

    Tədbirdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" təqdim edilib.

    Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki "Zarqaynar libaslar evi"nin modelyerləri təqdim ediblər.

    Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

    İştirakçılara Qarabağ bölgəsində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.

    Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq ediliblər.

    Təşkilat Komitəsi tərəfindən Azərbaycan yüksək mükafata layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi