Qahirə və Buxara 2020-ci ildə İslam mədəniyyətinin paytaxtları elan olunub

Qahirə və Buxara 2020-ci ildə İslam mədəniyyətinin paytaxtları elan olunub Təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatı (ISESCO) Misirin Qahirə və Özbəkistanın Buxara şəhərlərini 2020-ci ildə İslam mədəniyyətinin paytaxtları elan edib.
Mədəniyyət siyasəti
18 dekabr 2019 08:45
Qahirə və Buxara 2020-ci ildə İslam mədəniyyətinin paytaxtları elan olunub

Təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatı (ISESCO) Misirin Qahirə və Özbəkistanın Buxara şəhərlərini 2020-ci ildə İslam mədəniyyətinin paytaxtları elan edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu qərar təşkilatın Tunis şəhərinin 2019-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı fəaliyyət proqramının başa çatmasına həsr olunmuş iclasında qəbul edilib.

ISESCO Baş katibi Səlim bin Məhəmməd əl-Malik deyib ki, "İslam mədəniyyətinin paytaxtı" adı ayrı-ayrı ölkələrin mədəni inkişafına dəstək məqsədi ilə yaradılıb.

Baş katib ISESCO-nun bundan sonra da Tunislə əməkdaşlığı davam etdirməyə, o cümlədən məşhur ərəb mütəfəkkiri və tarixçisi Əbd ər-Rəhman İbn Xaldunun bu ölkədəki evinin bərpa olunmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi