Yuxarı

Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezidentə təqdim edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

"Report"un xəbərinə görə, görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Bu səfərin əməkdaşlığın genişləndirilməsi, hər iki ölkə və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin iki  ölkələnin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edilib.

Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğulayıb.

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi