Yuxarı

​Portuqaliyada “Azərbaycan günü” keçirilib

Tədbir Azərbaycanın multikulturalizmi, mədəniyyəti, dili, adət-ənənləri və folkloru mövzularına həsr edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Portuqaliyanın Lusofona Universitetinin təşəbbüsü ilə Portuqaliyanın Alfragide və Real kolleclərində ölkəmizə həsr edilən “Azərbaycan günü” tədbirləri keçirilib.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərin proqramı Azərbaycanın multikulturalizmi, mədəniyyəti, dili, adət-ənənləri və folkloru mövzularına həsr edilib.

Azərbaycan və Portuqaliya arasında mədəniyyətlərarası dialoqun inkişafı da günün mövzuları arasında olub. Tədbir iştirakçıları Azərbaycan multikulturalizminə və mədəniyyətinə çox böyük maraq göstəriblər.

“Azərbaycan günü” tədbirlərində iştirakçıların əl işlərinin təqdimatları də təşkil edilib.

Tədbirlər iştirakçıların Azərbaycan çayı və şirniyyatlarına qonaq edilməsi ilə başa çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi