Portuqaliya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırıb

Portuqaliya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırıb Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur
Mədəniyyət siyasəti
252
26 Fevral , 2021 16:50
Portuqaliya kinoşirkəti “Story of Khojali” filmini ekranlaşdırıb

Portuqaliyanın “Original features” kinoşirkəti tərəfindən “Story of Khojali” filmi ekranlaşdırılıb.

"Report" xəbər verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Filmin prodüserliyini isə portuqaliyalı rejissor, prodüser Andre Badalo edib.

Filmdə Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.

Filmin qəhrəmanlarını aktrisalar Aygün Fətullayeva və Natəvan Abbaslı canlandırıblar. Bəstəkarı Emil Həşimov olan filmin musiqisində etnosəslərə və milli musiqi aləti tara üstünlük verilib.

Xatırladaq ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.

Son xəbərlər

Orphus sistemi