Pompeydə freskanın bərpasında robotdan istifadə ediləcək

Pompeydə freskanın bərpasında robotdan istifadə ediləcək Sentyabr ayından etibarən Pompeydə dağılmış freskaların bərpa işlərində robotdan istifadə edilməsinə başlanılıb.
Mədəniyyət siyasəti
9 Sentyabr , 2021 10:07
Pompeydə freskanın bərpasında robotdan istifadə ediləcək

Sentyabr ayından etibarən Pompeydə dağılmış freskaların bərpa işlərində robotdan istifadə edilməsinə başlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Euro-pulse” saytı məlumat yayıb.

Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhərində freska və mozaikalar xeyli zədələnib və ya çoxsaylı xırda hissələrə parçalanıb. Onları əllə yığmaq mümkün olmadığından indiyədək muzeydə saxlanılıb.

Bundan sonra incəsənət nümunələrinin bərpası ilə robot məşğul olacaq. Süni zəka ilə təchiz edilmiş robot mexaniki əlləri hesabına xırda hissələri tanıya və lazımi ardıcıllıqla düzəcək.

Dağılmış binalardan birinin bərpasına 4 il sərf ediləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi