Polşada Mstislav Rostropoviçin 90 illiyi qeyd ediləcək

Polşada Mstislav Rostropoviçin 90 illiyi qeyd ediləcək Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Rostropoviçlər sülaləsinin bu ölkədə yaşadığı Tereşin qminasına səfər edib
Mədəniyyət siyasəti
23 Fevral , 2017 16:48
Polşada Mstislav Rostropoviçin 90 illiyi qeyd ediləcək

Varşava. 23 fevral. REPORT.AZ/ Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Rostropoviçlər sülaləsinin bu ölkədə yaşadığı Tereşin qminasına səfər edib. 

Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, səfər çərçivəsində H.Həsənov qmina rəhbəri Marek Olexovski ilə görüşüb. 

Səfir görüşdə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixində imzaladığı Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamı barədə M.Olexovskinə məlumat verib. Diplomat eyni zamanda dövlət başçısı tərəfindən göstərilən bu diqqətin Rostropoviçin müstəsna bir şəxsiyyət olmasının göstəricisi olduğunu diqqətə çatdırıb. 

M.Rostropoviçin həyat və yaradıcılığı, Azərbaycan musiqisinin inkişafına verdiyi misilsiz töhfələr və müstəsna xidmətlərindən danışan səfir, birgə yubiley tədbirlərinin Polşada, Rostropoviçlər sülaləsinin doğma şəhəri Tereşində keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. 

Qmina rəhbərliyi təklifi müsbət qarşılayıb və bu istiqamətdə birgə fəaliyyət göstəriləcəyi və müvafiq tədbirlərin təşkil ediləcəyi bildirilib.

Qeyd edək ki, səfir H.Həsənov həmçinin Tereşin qminasının sakinləri qarşısında çıxış edərək Azərbaycanın tarixi, müasir dövrü, Azərbaycan-Polşa əlaqələri haqqında geniş məlumat verib. 

Son xəbərlər

Orphus sistemi