Partlayışda xəsarət alan aktyor xəstəxanadan evə buraxılıb

Partlayışda xəsarət alan aktyor xəstəxanadan evə buraxılıb Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman evə buraxılıb
Mədəniyyət siyasəti
393
11 Mart , 2021 13:32
Partlayışda xəsarət alan aktyor xəstəxanadan evə buraxılıb
Cavid Telman
0 : 00
0 : 00

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman evə buraxılıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova "Report"a bildirib ki, aktyor müalicə aldığı xəstəxanadan evə buraxılıb:

“Səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək".

Qeyd edək ki, 36 yaşlı C.Telman fevralın 22-də evində baş verən partlayış nəticəsində xəsarət alıb. O, yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi