Parisdə Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

Parisdə Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO Paris. 28 aprel. REPORT.AZ/ Parisdə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət siyasəti
28 Aprel , 2018 02:21
Parisdə Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

Paris. 28 aprel. REPORT.AZ/ Parisdə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konsert Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. 

Gənc pianoçu Vurğun Vəkilovun ifasında Qara Qarayevin 24 prelüd silsiləsindən seçilmiş 8 prelüd, "Lay-lay", "Qızın rəqsi", "Eskiz", "Yeddi gözəl" baletindən Vals, "Fikirli", "Hekayə" və digər əsərləri fransalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, azərbaycanlı pianoçu Vurğun Vəkilovun adı Azərbaycan Respublikası Prezidentinin 5 may 2009-cu il tarixli fərmanı ilə Azərbaycanın gənc istedadları "Qızıl Kitabı"na daxil edilib.

Son xəbərlər

Orphus sistemi