Parisdə Azərbaycan mədəniyyət mərkəzində "Sülh konserti" keçirilib

Parisdə Azərbaycan mədəniyyət mərkəzində "Sülh konserti" keçirilib Tədbir Parisdə baş vermiş terror hücumları qurbanlarının və "Günəşli" yatağında baş vermiş qəzada itkin düşənlərin xatirəsinə həsr olunub
Mədəniyyət siyasəti
10 Dekabr , 2015 11:39
Parisdə Azərbaycan mədəniyyət mərkəzində Sülh konserti keçirilib

Bakı. 10 dekabr. Fransada REPORT.AZ/ Fransa paytaxtı Parisdəki Azərbaycan mədəniyyət mərkəzində dünya şöhrətli məşhur əlcəzairli pianoçu Zəki Allalın konsert proqramı keçirilib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, "Sülh konsert"i adlanan tədbir "Ulduz" Assosiasiyası və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) iştirakı ilə təşkil olunub. Konsert noyabrın 13-də Parisdə baş vermiş və 130-a yaxın adamın öldüyü terror hücumları qurbanlarının xatirəsinə həsr olunub.

Tədbirdə çıxış edən TEAS-ın direktoru Mari-Letisiya Qurdinin sözlərinə görə, fond konsert vasitəsilə terror qurbanlarının xatirəsini yad etməyi qərara alıb. Azərbaycanın Şərqlə Qərbin, Avropayla Asiyanın arasında yerləşdiyini vurğulayan fond rəhbəri ölkəmizin mədəniyyət, dil və dini qruplarla zəngin olduğunu qeyd edib. O, Azərbaycanın da terror qurbanı olduğunu xatırladaraq, ölkəmizin 2001-ci ildən beynəlxalq antiterror koalisiyalarında iştirak etdiyini bildirib.

TEAS direktoru konsertin eyni zamanda Xəzər dənizində "Günəşli" yatağında baş vermiş qəzada dünyasını dəyişənlərin və itkin düşənlərin xatirəsinə həsr olunduğunu qeyd edib.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev, Əlcəzairin Parisdəki səfirliyinin mədəniyyət müşaviri Yamina Baçir Buaicra, "Ulduz" Assosiasiyasının prezidenti Aytən Muradova da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi