Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub - FOTO

Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub - FOTO Fransanın paytaxtı Paris şəhərində Ailə, Məhəbbət və Vəfa gününə həsr edilmiş konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Mədəniyyət siyasəti
11 İyul , 2019 15:36
Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub - FOTO

Fransanın paytaxtı Paris şəhərində "Ailə, Məhəbbət və Vəfa" gününə həsr edilmiş konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. 

"Report"un Fransa bürosu xəbər verir ki, Rus Ortodoks Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsertdə azərbaycanlı pianoçu Səidə Zülfüqarova Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Fazıl Say, Çaykovskinin əsərlərini ifa edib. Onun ifasında dahi bəstəkarlarımızın əsərləri böyük alqışlarla qarşılanıb.

Konsertdə həmçinin tanınmış musiqiçilərdən Rusiyanın əməkdar artisti, rəqqasə Svetlana Panova, skipkaçı, beynəlxalq müsabiqələr qalibi Aleksandr Berlin, pianoçu, dirijor Aleksandr Dmitriev iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi