Yuxarı
    Bağlamaq

    Özbəkistandakı moda sərgisində Qarabağ xanımlarının geyimləri nümayiş etdirilib

    Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri sərgiləyiblər

    Bakı. 21 aprel. REPORT.AZ/ Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nın ikinci günündə möhtəşəm moda sərgisi nümayiş etdirilib.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Sərgidə ölkənin gənc modelyerlərinin kolleksiyaları təqdim edilib.

    Moda sərgisində iştirak edən Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycanın Qarabağ diyarının geyimlərini nümayiş etdirib.

    Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdirib.

    Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, zadəgan Qarabağ xanımlarının geyimlərini təqdim edib.

    Xüsusi daş-qaşlarla bəzədilmiş və ipəkdən hazırlanan geyimlərə böyük maraqla qarşılanıb və Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.

    Qarabağ geyimlərini Bakı Geyim Evi hazırlanıb və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilir.

    İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs təqdim olunub, milli geyimin hər bir xalqın qədim tarixi, zəngin mədəniyyətinin göstəricisi olduğu sərgilənib.

    Qeyd edək ki, sərgidə Özbəkistanın bir sıra gənc modelyerlərinin müasir, klassik stilə aid kolleksiyaları nümayiş etdirilib. Bir sıra yeni kolleksiyalar, əsasən Şərq qadın geyim kolleksiyalarına üstünlük verilib.

    Sərgi Daşkənddə böyük rezonans doğurub, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb və yerli mətbuatda geniş işıqlandırılıb.

    Moda sərgisində Özbəkistan Rəssamlıq Akademiyası, Dizayn institutları, Azərbaycanın Özbəkistandakı Səfirliyi, xarici diplomatlar, tanınmış mədəniyyət, incəsənət nümayəndələri, bu sahə üzrə çalışan müəllim və tələbələr, mətbuat nümayəndələri iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi