Özbəkistanda Qarabağ geyimlərinin sərgisi keçirilib

Özbəkistanda Qarabağ geyimlərinin sərgisi keçirilib Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər
Mədəniyyət siyasəti
117
20 Aprel , 2017 10:03
Özbəkistanda Qarabağ geyimlərinin sərgisi keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Qarabağ geyimləri təqdim olunub. 

Azərbaycanın Özbəskitandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, festival çərçivəsində akademiyanın və institututların Milli libaslar və Dizayn fakültəsinin tələbələri milli geyim koloritlərindən istifadə edərək öz kolleksiyalarını sərgiləyiblər. 

Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər.

“Qarabağ şikəstəsi”nin sədaları altında özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.

Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanan və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirillən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi