Ötən il Azərbaycanda abidələrə zərər vurulması ilə bağlı 19 fakt aşkarlanıb

Ötən il Azərbaycanda abidələrə zərər vurulması ilə bağlı 19 fakt aşkarlanıb "Abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı cari il ərzində bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb".
Mədəniyyət siyasəti
7 Yanvar , 2022 15:12
Ötən il Azərbaycanda abidələrə zərər vurulması ilə bağlı 19 fakt aşkarlanıb
Azad Cəfərli

"Abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı cari il ərzində bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb".

"Report" xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abidələrin qəsdən korlama və ya məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq-mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 25-ci maddəsinə zidd olaraq, müvafiq razılıq və layihə sənədləri olmadan abidələrdə qeyri-professional səviyyədə bərpa-təmir və yenidənqurma işlərinin aparılmasına cəhd göstərilir. Ötən dövr ərzində Dövlət Xidməti çoxlu sayda belə qanun pozuntuları aşkarlayaraq qarşısı alıb. Nümunə olaraq Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonu Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan aparılan işləri göstərmək olar".

Son xəbərlər

Orphus sistemi