Nurlan Əzizbəyli və Vüsal Hacıyev Fəvvarələr Meydanında konsert verəcək

Nurlan Əzizbəyli və Vüsal Hacıyev Fəvvarələr Meydanında konsert verəcək "Retro Bakı" nın növbəti qonaqları gənc müğənnilər olacaq
Mədəniyyət siyasəti
27 Avqust , 2016 13:46
Nurlan Əzizbəyli və Vüsal Hacıyev Fəvvarələr Meydanında konsert verəcək

Bakı. 27 avqust. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər avqustun 27-28-də saat 18.00-də Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaq. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə çıxış edəcəklər. 

Son xəbərlər

Orphus sistemi