Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi baş tutub

Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi baş tutub Bu gün “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi baş tutub.
Mədəniyyət siyasəti
16 Dekabr , 2021 16:45
Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi baş tutub

Bu gün “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi baş tutub.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub.

Sərgidə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Qənirə Paşayeva , millət vəkili Soltan Məmmədov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, şair Arif Buzovnalı və başqaları iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Nizami Gəncəvi irsini qoruyub, gələcək nəsillərə çatdırmaq lazımdır:

"Təsadüfi deyil ki, dünyanın əksər kitabxanalarında Nizami Gəncəvinin külliyatı saxlanılır, müxtəlif dillərə tərcümə edilir. Onun əsərləri bizə həyatın mənasının düsturunu yazmağa imkan verir. Doğruluq, vətənə məhəbbət, yaxşı əməllərin əhəmiyyəti Nizami əsərlərində açıqlanır. Biz sevinməli, fəxr etməliyik ki, bizim belə böyük şəxsiyyətlərimiz var. Nizami irsini qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq.
Bu simpoziumun da əsas məqsədi budur".

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışı zamanı qeyd edib ki, Nizami yaradıcılığı öz böyüklüyü, özünəməxsusluğu ilə seçilir: "Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti hər əsr bir tarixi şəxsiyyət yetişdirir. Bizim Mədəniyyət Nazirliyi olaraq bizim kifayət qədər xarici dostlarımız var ki, Nizami yaradıcılığını tədqiq edirlər. Biz onlarla daim təmasdayıq. Onlarla söhbət edəndə biz Nizami Gəncəvini yenidən kəşf edirik. Biz Nizami əsərlərini tərcümədən oxuyuruq, amma onlar orjinal dilindən, fars dilindən oxuyurlar və deyirlər ki, Nizami dövrünün digər şairlərindən çox fərqlidir. Belə hesab edirəm ki, biz Nizamini hələ tam dərk etməmişik. Bunu subyektiv səbəbləri var. Çünki Nizami Gəncəvi yaradıcılığı bizə uzun illər sovet məktəbinin prizmasından öyrədilib. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensklopedik yanaşma edib".

Tədbir bədii kompazisiya ilə davam edib.

Son xəbərlər

Orphus sistemi